İngiltərə millisinin müdafiəçisi yeni müqaviləni imzaladı


İdman 09 Sen 2018 16:50:00 269 0

İngiltərə millisinin müdafiəçisi yeni müqaviləni imzaladı

Leicester City futbolçusu Harri Maquayrla müqaviləni uzadıb. Goal.az xəbər verir ki, 25 yaşlı müdafiəçinin yeni müqavilə müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub. İngiltərə millisinin üzvü 2017-ci ildən Leicester-də çıxış edir. O, ötən mövsüm komandanın ən yaxşı futbolçusu seçilib. Ötən yay Maquayrı Manchester United-in transfer edəcəyi haqda xəbərlər yayılmışdı.