Manchester United-in futbolçusu azarkeşləri qorxutdu


İdman 09 Sen 2018 15:50:00 267 0

Manchester United-in futbolçusu azarkeşləri qorxutdu

İngiltərə millisi və Manchester United-in müdafiəçisi Lyuk Şou oyun zamanı huşunu itirib. Goal.az xəbər verir ki, 23 yaşlı futbolçu Millətlər Liqasının ilk turunda  İspaniya ilə matçda zədələnib.  O, matçın 53-cü dəqiqəsində qonaqların futbolçusu Dani Karvaxalla mübarizə zamanı huşunu itirib.  Şouya dərhal tibbi yardım göstərilib. 23 yaşlı futbolçu meydanı oksigen maskası ilə tərk edib.

İngiltərəli futbolçu ötən gecəni xəstəxanada keçirib. Onun vəziyyəti normaldır. Qarşılaşmada İspaniya 2:1 hesablı qələbə qazanıb.