Türkiyəli futbolçu karyerasını başa vurub


İdman 09 Sen 2018 15:31:00 240 0

Türkiyəli futbolçu karyerasını başa vurub

Fenerbahçe və Türkiyə millisinin sabiq futbolçusu Semih Şentürk futbolçu karyerasını bitirib. Goal.az xəbər verir ki, bu barədə futbolçunun özü məlumat yayıb. Futbolçu karyerasının əsas hissəsini Fenerbahçe-də (2001-2013) keçirən Şemih, İzmirspor, Antalyaspor və Başakşehir-də də top qovub.Onun son klubu Eskişəhərspor olub. 35 yaşlı futbolçu 111 dəfə Türkiyə millisinin formasını geyinib. O, bu oyunlarda 44 qol vurub.