Mixayloviç Sporting-dən şikayət edəcək


İdman 09 Sen 2018 14:10:00 216 0

Mixayloviç Sporting-dən şikayət edəcək

Sporting-in sabiq baş məşqçisi Sinişa Mixayloviç klubdan FİFA-ya şikayət edəcək. Goal.az xəbər verir ki, buna səbəb serbiyalı mütəxəssisin Lissabon klubudan alacağı 11 milyon və 195 min avro kompensasiyanın ödənməməsidir.

Sporting Mixayloviçlə 3 illik müqavilə imzalamışdı. Lakin klub daxilində baş verən olaylardan sonra serbiyalı mütəxəssisin müqaviləsi ləğv edilmişdi. O, cəmi 10 gün klubun “sükanı arxasında” olub.

Qarabağ Avropa Liqasının E qrupunda Arsenal (İngiltərə), Sporting (Portuqaliya) və Vorskla (Ukrayna) klublarıyla mübarizə aparacaq.