Gəncədə 4 otaqlı ev və ona bitişik talvar yanıb


Digərləri 09 Sen 2018 11:44:00 255 0

Gəncədə 4 otaqlı ev və ona bitişik talvar yanıb

Gəncədə yanğın hadisəsi qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, şəhərin Nizami rayonunda ümumi sahəsi 170 m² olan ikimərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 7 m² sahədə və evə bitişik ümumi sahəsi 80 m² olan talvarın yanar konstruksiyaları 9 m² sahədə yanıb.

Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.