Güləşçilərimizdən Rusiyada uğurlu çıxış


İdman 09 Sen 2018 11:23:00 241 0

Güləşçilərimizdən Rusiyada uğurlu çıxış

Rusiya Federasiyasının Yakutsk Respublikasının Saxa şəhərində Dmitri Korkinin xatirəsinə keçirilən sərbəst güləş üzrə beynəlxalq turnir başa çatıb. Goal.az xəbər verir ki, son yarış günündə daha iki güləşçimiz fəxri kürsüyə qalxıb.

Əhmədnəbi Qvarzatilov (61 kq) finalda Monqolustan təmsilçisinə 8:4 heabıyla qalib gələrək, çempion olub. İbrahim Yusubov (79 kq) isə Türkiyədən olan rəqibini 12:8 hesabıyla məğlub edərək üçüncü yeri tutub.

Xatırladaq ki, bir gün əvvəl Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Pərviz İbrahimov (57 kq) gümüş, Hacımurad Ömərov (74 kq) isə bürünc medal qazanıb.