Zirə-dən yoxlama oyununda qələbə


İdman 09 Sen 2018 11:03:00 257 0

Zirə-dən yoxlama oyununda qələbə

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Qəbələ” və “Zirə” klubları ötən gün yoxlama görüşündə qüvvəsini sınayıblar. Goal.az xəbər verir ki, sözügedən komandalar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda üz-üzə gəliblər.

Qarşılaşma “Zirə”nin inamlı qələbəsiylə başa çatıb. Zirəlilərin ilk qolunu bir neçə gün öncə “Keşlə”dən ayrılaraq bu kluba keçən rumıniyalı müdafiəçi Adrian Skarlatake vurub. Digər topu isə Vüsal İsgəndərli bölgə təmsilçisinin qapısından keçirib.

Qeyd edək ki, bu, həm də “Zirə”nin yeni baş məşqçisi Samir Abasovun debüt oyunu idi.

Yoxlama oyunu8 sentyabr

Qəbələ - Zirə 0:2

Qol: Adrian Skarlatake, 31. Vüsal İsgəndərli, 40.