Dağıstanlıların zorlamaqla hədələdiyi müğənni konsertini təxirə saldı


Digərləri 09 Sen 2018 11:00:00 252 0

Dağıstanlıların zorlamaqla hədələdiyi müğənni konsertini təxirə saldı

Rusiyalı müğənni Yeqor Kridin Dağıstandakı konserti yerli sakinlərin təhdidlərindən sonra təxirə salınıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Black Star leyblın Instgram akkauntunda məlumat verilib.

"Son vəziyyəti nəzərə alaraq, biz konsertdə iştirak etmək istəyən insanların təhlükəsizliyini riskə atmaq istəmədik. Yaranmış vəziyyətə görə təəssüf edirik və ümid edirik ki, leyblın artistləri Dağıstanda yaxın gələcəkdə çıxış edə biləcəklər", - məlumatda deyilir.