"Müslüm Maqomayevdən yekəyekə danışanlar ayıb deyil sizə?"


Şou-biznes 09 Sen 2018 10:42:00 229 0

"Müslüm Maqomayevdən yekəyekə danışanlar ayıb deyil sizə?"

Müğənni Elvin Abdullayev "Səni deyirlər" mahnısına oynayıb sosial şəbəkədə yayan həmkarlarını tənqid edib. 

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı bu mahnının sədaları altında oynayanlara səslənib:

"Yetər artıq, "Səni deyirlər" adlı sonsuz mahnıya son qoyun. Millət bezdi... Bəsdirin bu mahnını reklam elədiniz. Ara ifaçıları qoyaq kənara, başqa vaxtı efirdə Şövkət Ələkbərovadan, Rəşid Behbudovdan, Müslüm Maqomayevdən yekə-yekə danışan tanınmışlar ayıb deyil sizə?".