Türkiyə ordusu 62 terrorçunu zərərsizləşdirib


Dünya 09 Sen 2018 10:12:00 243 0

Türkiyə ordusu 62 terrorçunu zərərsizləşdirib

Türkiyənin təhlükəsizlik qüvvvələrinin Şırnak, Siirt, Hakkari, Diyarbəkir, Mardin əyalətlərində və İraqın şimalında avqustun 31-dən keçirdikləri antiterror əməliyyatları nəticəsində 62 terrorçu, o cümlədən PKK silahlılarının 4 rəhbəri zərərsizləşdirilib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, Türkiyənin təhlükəsizlik qüvvələri bundan əlavə əməliyyatların gedişində narkotik ticarətçilərindən və qaçaqmalçılardan 51,1 min qutu siqaret, 2690 litr yanacaq, 179 min çətənə kolu və 296 kiloqram narotik vasitə müsadirə ediblər.