Baloğlanın konsertində fiasko:


Şou-biznes 09 Sen 2018 09:24:00 321 0

Baloğlanın konsertində fiasko:

Ötən gün "Yaşıl teatr"da Əməkdar artist Baloğlan Əşrəfovun solo konserti baş tutub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, konsertdən aylar öncə xeyli internet reklamı, şəhərin müxtəlif məkanlarında bilbordlar, avtobusların üstündə afişalar, TV-də anonslar getsə də, konsertə cüzi sayda bilet satılıb.

Zalın yarıdan çoxu boş olması, səhnə dekorasiyasının olmaması diqqət çəkib.

Əşrəfov isə biletin satılmamasına görə konsertin təşkilatçısını ("Xattab Organization" şirkətinin rəhbəri Samir Xəttab) günahlandıraraq hətta onu tanımadığını bildirib.

Bütün bu ittihamlara isə Samir Xəttab sosial media hesabında cavab verib:

"Bu gün baş tutmuş Baloğlan Əşrəfovun konsertinin təşkilatçılığı mənə aid deyildi. Çünki bu gün biletlərin bərbad sayda satılmasına görə rəsmi olaraq konserti ləğv edib, bu barədə müvafiq şirkətə məlumat verərək biletlərin geri qaytarılmasını təmin etmələrini xahiş etmişdim. Bu barədə müğənniyə də məlumat vermişdim. Özlərinin məndən icazəsiz, lakin mənim şirkətimə məxsus kassa hesabından istifadə edərək təşkil etdikləri tamaşa mənə məxsus olmadığı üçün orada iştirak etmədim.