Abxaziyanın baş naziri yol qəzasında həlak oldu


Dünya 09 Sen 2018 09:20:00 245 0

Abxaziyanın baş naziri yol qəzasında həlak oldu

Abxaziyanın baş naziri Gennadi Qaquliya yol qəzasında dünyasını dəyişib, virtualaz.org xəbər verir.

Son.az bildirir ki, qəza Abxaziyada Myusser postu ərazisində qeydə alınıb. İlkin məlumata görə, baş nazir xəstəxanada keçinib. Başqa heç kimin xəsarət almadığı bildirilir.

Hadisənin başvermə şəraiti dəqiqləşdirilir.