Çaylarda çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqustda keçirilən sonuncu monitorinqin nəticələri


Digərləri 09 Sen 2018 08:55:00 274 0

Çaylarda çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqustda keçirilən sonuncu monitorinqin nəticələri

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayında keçirilən sonuncu monitorinqin nəticələri açıqlanıb.

Son.az bildirir ki, avqust ayının III ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının II ongünlüyünə nisbətən 7,0 m3/san artaraq 117,0 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevəndə məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan artıq olması müşahidə olunub.