Qazaxıstanlı ekspert: Azərbaycan Prezidenti türkdilli dövlətlərin gələcək münasibətlərinə yeni təkan verdi


Digərləri 09 Sen 2018 08:50:36 231 0

Qazaxıstanlı ekspert: Azərbaycan Prezidenti türkdilli dövlətlərin gələcək münasibətlərinə yeni təkan verdi

Azərbaycan Prezidenti türkdilli dövlətlərin gələcək münasibətlərinə yeni təkan verdi.

Bakı. Mətanət Nəsibova - Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan və Azərbaycanın siyasi və iqtisadi sahələrdə əməkdaşlığına böyük əhəmiyyət verərək türkdilli dövlətlərin gələcək münasibətlərinə yeni təkan verdi. Bunu Trend-ə Qazaxıstan Müdafiə və Aerokosmik Sənaye Nazirliyinin Hərbi-Strateji Araşdırmalar Mərkəzinin layihələrinin rəhbəri, professor, siyasət elmləri namizədi, "Sərdar" elmi jurnalının baş redaktoru xanım Karlıqaş Nuqmanova Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun Çolpon-Ata şəhərindəki görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, Qırğızıstan Prezidenti açıq və məzmunlu söhbətə hazır olduğunu ifadə edib və bildirib ki, Azərbaycan dövlət başçısının Qırğızıstana növbəti rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsi üçün vacib addım olacaq. Ekspert bildirib ki, Qırğızıstan üçün Çolpon-Atada keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşü tarixi hadisə idi, çünki sammitdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Prezidendi Şavkat Mirziyoyev iştirak ediblər, Macarıstanın baş naziri Viktor Orban isə sammitə fəxri qonaq kimi qatılıb: "Bu gün dünya dəyişib. 21-ci əsrdə inkişaf mərkəzi dünya əhalisinin 2/3 hissəsinin yaşadığı və nəhəng ehtiyatların yerləşdiyi Asiyaya yönəlib. Asiyanın inkişaf etməkdə olan iqtisadiyyatlarının güclü sıçrayışı qlobal proseslərdə yeni reallığı əks etdiib. Ona görə də bu tarixi hadisədən türkdilli dövlətlərin münasibətlərinə, xüsusilə də Qırğızıstan, Qazaxıstan, Azərbaycan və Türkiyə arasında münasibətlərə yeni təkan verməsi üçün istifadə etmək lazımdır". K.Nuqmanovanın fikrincə, aktual məsələ odur ki, Çolpon-Atadakı sammit "Bir zolaq - bir yol" irimiqyaslı strateji layihəsinin beşillik yubileyi ərəfəsində keçirildi: