Heydər Əliyev Mərkəzində Nəsimi Festivalının açılışında nadir qədim musiqi alətləri ansamblı çıxış edəcək FOTO


Digərləri 09 Sen 2018 08:24:00 398 0

Heydər Əliyev Mərkəzində Nəsimi Festivalının açılışında nadir qədim musiqi alətləri ansamblı çıxış edəcək  FOTO

27-30 sentyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı keçiriləcək. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

Tədbirin rəsmi açılış mərasimi də Heydər Əliyev Mərkəzində keçiriləcək. Belə ki, sentyabrın 28-də axşam Mərkəzdəki konsert proqramında Nəsiminin şeirləri təqdim olunacaq, muğamlardan parçalar, XIII-XIV əsr görkəmli Azərbaycan musiqiçisi Əbdülqadir Marağayinin bəstələri üzərinə gənc və orta nəsil bəstəkarların Azərbaycan Milli Konservatoriyasının nəzdindəki "Əsrlərin sədası" qədim musiqi alətləri ansamblı üçün yeni işləmələri, dahi bəstəkar Fikrət Əmirovun "Nəsimi haqqında Dastan" əsəri, Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayevanın Nəsiminin sözlərinə bəstələdiyi "Dua" mahnısı səslənəcək. Konsertdə Azərbaycan əsilli, tanınmış britaniyalı müğənni Sami Yusif də çıxış edəcək.

Son.az bildirir ki, Trend-in müxbiri Azərbaycan Milli Konservatoriyasında "Əsrlərin sədası" qədim musiqi alətləri ansamblının məşqində olub.

"Əsrlərin sədası" ansamblı Azərbaycanın xalq artisti, professor Fəxrəddin Dadaşov tərəfindən konservatoriyanın istedadlı tələbələrindən təşkil olunub.

Mən istedadlı gənclərdən ibarət belə kollektiv yaratdığıma görə xoşbəxtəm və bütün bacarığımı gələcək nəsilə ötürəcəyəm. Bizim qədim musiqi alətləri ansamblında əcdadlarımızın ruhu, onların nəsrə, musiqi və fəlsəfəyə olan sevgisi, mənəvilik və mükəmməlliyə olan meyli yaşayır. Ansambl solistlərinin hər biri bunu tamamilə dərk edir və böyük Nəsiminin şərəfinə Festivala ürəkdən hazırlaşır. Əbdülqadir Marağayinin musiqisi altı əsrdən bu günə qədər gəlir. Onun musiqisi dərin məna və inandırıcı səmimiyyətə malikdir, Heydər Əliyev Mərkəzində Nəsimi festivalının açışılında çıxış hər birimiz həyatında əhəmiyyətli bir hadisə olacaq və tamaşaçılara unudulmaz təəssüratlar yaşadacaü", - Fəxrəddin Dadaşov bildirib.

"Əsrlərin sədası" ansamblının ifasında Aliyə Məmmədova, Rüfət Xəlilov, Ayaz Qənbərli və Fərid Fətullayev kimi bəstəkarların 4 əsəri səslənəcək. XIV-XV əsr musiqiçisi və musiqi nəzəriyyəçisi Əbdülqadir Marağayinin motivləri əsasında yazılan əsərlər orta və cavan nəsil bəstəkarları tərəfindən nota köçürülüb.

Bəstəkarlar İttifaqının üzvü, konservatoriyanın doktorantı Fərid Fətullayev qeyd edib ki, Heydər Əliyev Fondunun layihəsi sayəsində gənc bəstəkarlara özünü orta əsrə aid əsərlər üzərində işdə göstərmək üçün gözəl imkan yaradılıb və gələcək yaradıcılıq fəaliyyəti üçün böyük stimul verilir.

"Əbdülqadir Marağayinin motivləri əsasında tarixdə ilk dəfə olaraq orta əsr əsərlərinin nota köçürərək öz kompozisiyalarımızı yazdıq. Mən ritmik kompozisiya yaradaraq "Cəngi" adını verdim. "Cəngi" sözünün özü Azərbaycan dilinə tərcümədə "hərbi" deməkdir, pəhləvanların döyüşüdür və əvvəllər onların şərəfinə ifa olunurdu. Musiqi döyüşə və qəhrəmanlığa çağırışı ifadə edir", - F.Fətullayev deyib.