Cənubi Karolinada fövqəladə vəziyyət elan edilib


Dünya 09 Sen 2018 08:31:00 251 0

Cənubi Karolinada fövqəladə vəziyyət elan edilib

Cənubi Karolina ştatının qubernatoru Henri Makmaster tropik "Florensiya" qasırğasının yaxınlaşması ilə əlaqədar ştatda fövqəladə vəziyyət elan edib.

Son.az Trend-ə istinadən bildirir ki, qasırğanın ştata nə vaxt çatacağı indi məlum deyil.

Qasırğaları İzləmə üzrə Milli Mərkəz xəbər verib ki, "Florensiya" saatda 11 kilometr sürətlə qərbə doğru irəliləyir. Qasırğa gələn həftənin sonunda istiqamətini şimal-qərbə doğru dəyişə bilər. Bundan başqa, onun sürətinin də arta biləcəyi gözlənilir.