"IDC": 2022ci ildə mobil texnologiyalar üzrə qlobal xərclər 1,8 trilyon dollara çatacaq


Digərləri 09 Sen 2018 07:44:00 333 0

"IDC": 2022ci ildə mobil texnologiyalar üzrə qlobal xərclər 1,8 trilyon dollara çatacaq

"IDC" analitik şirkətinin proqnozuna görə, 2022-ci ildə mobil texnologiyalar üzrə qlobal xərclər 1,8 trilyon dollara çatacaq. Mütəxəssislər hesab edirlər ki, bu beşillikdə artım sürəti dəyişəcək, amma bazarda gəlir ildə orta hesabla 2,8 faiz artacaq. 2018-ci ildə mobil rabitə, qurğu və mobil proqramların satınalınma xərcləri daxil olmaqla mobil texnologiyalar üzrə xərclərin 1,63 trilyon dollara çatması gözlənilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu dövrdə mobil texnologiyalar üzrə xərclərin 70 faizdən çoxu istehlakçıların payına düşəcək. İstehlak xərclərinin 50 faizdən çoxu mobil rabitə xidmətlərinin payına düşəcək, digər hissəsi isə qurğu, əsasən smartfon alınmasına sərf ediləcək.

Dövlətlər arasında mobil texnologiyalar üzrə xərclərə görə ABŞ və Çin liderlik edəcək. 2018-ci ildə hər iki ölkədə müvafiq xərclərin 300 milyard dolları ötəcəyi gözlənilir. Bundan başqa, ilk beşlikdə Yaponiya, Hindistan və Braziliya da yer alacaq. Bu ölkələrdə xərclər müvafiq olaraq 107, 51 və 44 milyard dollara bərabər olacaq.