Nyu-Yorkda 11 sentyabr terror aktında dağılmış metro stansiyası istifadəyə verilib


Digərləri 09 Sen 2018 07:36:51 241 0

Nyu-Yorkda 11 sentyabr terror aktında dağılmış metro stansiyası istifadəyə verilib

Nyu-York metropoliteninin 2001-ci ilin 11 sentyabrında baş vermiş terror aktında dağılmış metro stansiyası 17 il sonra istifadəyə verilib.

Bakı. Tural Turan - Nyu-York metropoliteninin 2001-ci ilin 11 sentyabrında baş vermiş terror aktında dağılmış metro stansiyası 17 il sonra istifadəyə verilib. Trend-in məlumatına görə, "Cortlandt Street" stansiyası Ümumdünya Ticarət Təşkilatının altında yerləşib. Terror aktı zamanı stansiya dağıntılarla dolub. Stansiya indi "WTC Cortland" adlanır. Bu illər ərzində layihənin hazırlanması xərci 69 milyon dollardan 158 milyon dollara qədər artıb. Digər məlumatlara görə, layihə 181 milyon dollara başa gəlib.