"Google" URLünvanlardan imtina edə bilər


Digərləri 09 Sen 2018 06:30:00 340 0

"Google" URLünvanlardan imtina edə bilər

"Google"un mühəndisləri saytların identifikasiyası üçün URL-ünvanlardan imtina etməyə imkan verən yeni üsullar hazırlayır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şirkətin nümayəndələrinin fikrincə URL-ünvanın indiki formatı köhnəlib. Bundan başqa, URL-ünvanlar təhlükəli ola bilər, çünki əksər smartfonlarda onlar tam göstərilmir ki, bu da hakerlərə saytların ünvanını dəyişdirməyə imkan verir. "Google" yeni həllini payızda, yaxud 2019-cu ilin əvvəlində nümayiş etdirəcək.

Hazırda "Google Chrome" brauzeri təxminən 2 milyard dəfə yüklənilib, bu halda 1 milyard nəfər hər ay brauzerdən istifadə edir.