Azərbaycan güləşçisi "Poland Open" turnirində qızıl medal qazanıb


Digərləri 09 Sen 2018 06:01:00 232 0

Azərbaycan güləşçisi "Poland Open" turnirində qızıl medal qazanıb

Polşanın paytaxtı Varşavada “Qran-pri” seriyasından olan “Poland Open” turniri başa çatıb.

Bakı. Tural Turan - Polşanın paytaxtı Varşavada “Qran-pri” seriyasından olan “Poland Open” turniri başa çatıb. Trend-in məlumatına görə, yarışda ölkəmizi təmsil edən qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnik (50 kq) həlledici görüşdə ötən il Avropa çempionatının finalında məğlub etdiyi (10:0) ukraynalı Ilyona Semkivlə qarşılaşıb. Finaladək bütün görüşlərində rahat qələbə qazanan Stadnik son qarşılaşmada da rəqibinə aman verməyib - 13:2.