“Valensiya”nın yarımmüdafiəçisi Fransa millisindən imtina etdi


Digərləri 09 Sen 2018 01:34:00 218 0

“Valensiya”nın yarımmüdafiəçisi Fransa millisindən imtina etdi

Joffre Kondoqbia Fransa millisində deyil, Mərkəzi Afrika Respublikasının yığmasında oynamağa qərar verib.

Bakı. Tural Turan - “Valensiya”nın yarımmüdafiəçisi Joffre Kondoqbia Fransa millisində deyil, Mərkəzi Afrika Respublikasının yığmasında oynamağa qərar verib. Trend-in məlumatına görə, futbolçu FİFA-dan bununla bağlı müvafiq icazəni ala bilib. Kondoqbia Fransada doğulub, lakin valideynləri əslən Mərkəzi Afrika Respublikasındır. Böyük qardaşı Evan bu millidə forma geyinib.