90 yaşlı qadın polis məntəqəsinə mina gətirdi


Digərləri 09 Sen 2018 03:30:00 293 0

90 yaşlı qadın polis məntəqəsinə mina gətirdi

Köln ətrafındakı Leverkuzen şəhərində zənbilində sovet artilleriya minası olan almaniyalı 90 yaşlı təqaüdçü qadın polis məntəqəsinə gəlib.

Son.az xəbər verir ki, minanı 1943-cü ildə bu qadının həyat yoldaşı cəbhədən qayıdanda özü ilə gətirib. Bütün bu illər ərzində döyüş sursatı evdə - yazı masasının üstündə suvenir kimi saxlanılıb. Ərinin ölümündən sonra bu "suvenirdən" canını qurtarmaq istəyən qadın onu zənbilə qoyaraq polis məntəqəsinə gətirib. Bəli, o, məhz belə edib. Bölmədəkilər təcili olaraq təxliyə edilib. Buraya çağırılan istehkamçılar tam saz vəziyyətdə olan qumbaranı zərərsizləşdiriblər. Hadisənin şahidləri yüngül qorxu hissi keçiriblər. (publika.az)