İspaniyada səhiyyə sistemindən universal istifadə barədə kral dekretqanunu təsdiq edilib


Dünya 09 Sen 2018 00:45:00 230 0

İspaniyada səhiyyə sistemindən universal istifadə barədə kral dekretqanunu təsdiq edilib

İspaniya Deputatlar Konqresinin plenar iclasında ölkə ərazisində olan hər kəsin səhiyyə sistemindən universal istifadə edə bilməsi barədə kral dekret-qanunu təsdiq edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bundan sonra bütün ispanlar və Krallığın ərazilərində yaşayan əcnəbi vətəndaşlar müvafiq tələblər çərçivəsində tibbi yardım almaq hüququna malik olacaqlar. Bunun üçün onlar İspaniyada fasiləsiz 90 gündən az olmayaraq yaşamalarını sübut etdirməlidirlər. Ehtimal olunur ki, dəlil qismində əcnəbi vətəndaşın pasportu (İspaniya ərazisinə giriş qeyd olunmaqla) və qeydiyyatı qəbul ediləcək. Lakin bu cür sənədlərin yekun siyahısını regionlar müstəqil olaraq təsdiqləyəcəklər.

İspaniya ərazisində yaşayan və müqavilə əsasında işləməyən əcnəbilər pulsuz tibbi xidmət hüququ ala biləcəklər. İspaniyanın hüdudlarından kənarda 3 aydan artıq olanlar isə tibbi yardım almaq hüququndan məhrum ediləcəklər.