Disney qəhrəmanlarının niyə əksəriyyətinin 4 barmağı var?


Digərləri 08 Sen 2018 23:50:00 255 0

Disney qəhrəmanlarının niyə əksəriyyətinin 4 barmağı var?

Yəqin ki, uzun illər cizgi filmələrini izləyən hər kəs Disney qəhrəmanlarının əksəriyyətinin 4 barmağının fərqinə varıb.

İslaminSesi bildirir ki, əksər qəhrəmanların 4 barmaqlı təsvir olunması təsadüfü deyil. Onlar bunu şüurlu şəkildə ediblər. Diqqət etsəniz görərsiniz ki, qorxunc qəhrəmanların 5, güldürən qəhrəmanların 4 barmağı olur. Bunun səbəbi isə psixoloji olur. İnsanlar bu qəhrəmanların insana bənzəməsini ikrahla qarşılayırlar. Yəni cizgi film obrazları reallıqdan nə qədər uzaq olsalar bizə o qədər cəlbedici görünərlər. Təbii ki, dediklərimiz şahzədə tipli qəhrəmanlara aid deyil. Axı, onlar insan kimi yaradılır.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, belə bir ehtimal da söyləyə bilərik ki, 4 barmaqlı təsvir hələ kukla teatrının fenomen olduğu zamanlardan qalıb. Hələ o zaman ustalar bunun qeyri-adi olduğunu fərq etmişdilər. Amma heyvan obrazları yaradılarkən eyni ilə həyatdakı kimi edilir. Axı baxsaq həyatda da heyvanların pəncələrindəki beşinci barmaq gizlidir.

Amma qərblə müqayisədə Yaponiyada qəhrəmanlar 5 barmaqlı təsvir olunurlar. Bunun isə ciddi səbəbi var. Çünki 4 rəqəmi Çində və Yaponiyada ölüm rəmzidir.