İnsulinin immun sistemində əhəmiyyətli rolu


Digərləri 08 Sen 2018 23:10:00 273 0

İnsulinin immun sistemində əhəmiyyətli rolu

Tip 1 və tip 2 diabet xəstələrində xüsusilə əhəmiyyətli bir rol oynayan insulinin, immun sistemimizdə də təsirli olduğu kəşf edildi.

Şəkər xəstəliyi ilə adını daha çox eşitdiyimiz insulin, indilərdə yeni bir kəşfə mövzu oldu. Elm insanlarının araşdırmalarına görə insulin infeksiya ilə mübarizədə immun sistemimizə dəstək təmin edir.

Son.az deyerler.org-a istinadən bildirir ki, əldə edilən məlumatlardan sonra, elm insanları bədəninin immun sistemini gücləndirmək ya da mövcud narahatlıqları aradan qaldırmaq məqsədilə, insulinin inkişaf etdirə biləcəyini kəşf etdilər. Bu isə, daha təsirli peyvəndlər çıxarmaq və ya iltihablı xəstəliklərin qarşısını almaq üçün əhəmiyyətli bir addımdır. Mövzu haqqında danışan Kanadadakı Toronto Ümumi Xəstəxana Araşdırma İnstitutunun araşdırmaçılarından olan Dan Viner belə danışdı: "İnsulin siqnal yolunu, immun sistemi funksiyasının yeni bir köməkçi daşıyıcı kimi təyin etdik".