Bu qadın 4cü dərəcəli xərçəngə qalib gəlib


Digərləri 08 Sen 2018 23:05:00 257 0

Bu qadın 4cü dərəcəli xərçəngə qalib gəlib

Kendis Mari Foksun qalxanabənzər  vəzin xərçənginə qalib gəlməsi haqqında müxtəlif məlumatlar var.

Son.az medicina.az-a istinadən bildirir ki, şişin 4-cü mərhələsində olan qadına yalnız kimyaterapiya kursları təyin olunub. O isə yaxın dostlarının bu xəstəliklə necə mübarizə apardığını və kimyaterapiyadan sonra daha da zəiflədiklərini xatırlayıb bundan imtina edir. Həkimlər kimyaterapiya ilə 1 il yaşaya biləcəyini, amma kimya almazsa 6 ay ömrü qaldığını bildirəndə, Mari bu 6 ayı öz ürəyi istədiyi kimi mübarizə aparmaq qərarına gəlir.

O, siqaret, içkini tam yığışdırır, təbiətə yaxın yaşayır, yoqa, idman, meditasiya ilə məşğul olmağa başlayır.  

Ətdən və yağdan imtina edir, çünki orqanizm zülalın həzmi üçün çox enerji sərf edir, xəstəliyə qalib gəlməyə güc qalmayacaqdı. Yalnız vegeterian yeməkləri yeyir və ən əsası günə 3 ədəd ananası blenderdə keçirib, ona limon, kivi, banan, alma qataraq kokteyl içirdi.