Həyatı boşa xərcləməyimizin


Digərləri 08 Sen 2018 22:50:00 199 0

Həyatı boşa xərcləməyimizin

Ömür bizə verilmiş qısa müddətli bir zaman kəsiyidir. Çalışçıb onu səmərəli və dəyərli keçirməyə cəhd etməliyik.

Son.az islaminsesi.info-ya istinadən həyatımızı korlayacaq 13 əlaməti təqdim edir.

1.Elə dəyər kəsb etməyən xırda şeylərə həddindən artıq çox zaman sərf etmək.

Daha çox video oyunlar,  televizor və internet. Daha çox yemək və daha çox əyləncə. Siyahını uzada bilərik. Həyatınıza ciddi bir nəzər salın. Vaxtınızın ən çoxunu hharada keçirirsiniz? Bu sizə xeyir gətirirmi? Sizə yaxşı həyat vəd edirmi?

2. Çox şikayətlənirsiniz.

Siz öz işinizdən, müdirinzdən və ya həyat yoldaşınızdan çox şikayətlənirsiniz? Əgər bu şikayətlərlə heç nə dəyişmirsə onda etməyin. Neqativ enerji ilə ətrafınızı və özünüzü zəhərləyirsiniz. Sevmədikləriniz haqqında susun, sevdikləriniz haqqında danışın. Bir bunu test edin, tezliklə nəticəsini görəcəksiniz.

3. Öz ağlınızı qidalandırmırsınız.

Su belə axmayanda və yenilənməyəndə iylənir. Eyni şey bizim ağlımızla da baş verir. Əgər biz yeni şeyləri öyrənmiriksə  onun aktivliyindən söhbət gedə bilməz. Daim məşq edin və ayıq olun.

4. Daxilinzdə daim mənfi dialoq aparırsınız.

Özünüzə nəyi təlqin etsəniz onun də nəticəsini görəcəksiniz. Fikirlərinizi və niyyətlərinizi nəzarət altında saxlayın. O zaman həyatın idarəsi sizin əlinizdə olacaq.

5. Heç bir ilham hiss etmirsiniz.

Heç nəyə marağınız yoxdur? Nə isə olmalıdır ki, siz onu etməkdən zövq alasınız. Özünüz üçün bunu kəşf edin.

6. Özünüz üçün gələcəyi xəyal etmirsiniz.

Bəli, həyatda andan zövq almaq da var, amma bəzən də irəli baxmaq lazımdır.  Əgər sizin bir məqsədiniz yoxdursa, onda axının sürüklədiyi qayıqdan fərqiniz olmaz.

7. Sizə lazım olmayan adamlarla daha çox vaxt keçirmək.