Özünüzü bu 6 neqativ insandan qoruyun


Digərləri 08 Sen 2018 22:40:00 308 0

Özünüzü bu 6 neqativ insandan qoruyun

Bəzən ətrafımızda olan insanlar fərqində belə olmadan bizi incidə bilirlər.

Son.az islaminsesi.info-ya istinadən sizə həyatı zəhər edə biləcək 6 neqativ insanların xüsusiyyətlərini təqdim edir.

1. Daim mənfi rəy söyləyənlər.

Həyatımızda daim mənfi və müsbət istiqamətli çox tənqidlər eşitmişik. Tənqid eşitmək əslində normaldır, lakin bizə zərər vura biləcək tənqid lazım deyil. Biri öz həyatından razı deyilsə daim neqatif enerji ilə yüklənər və çalışar ki, sizi də öz bədbəxtliyinin içinə çəksin. Bu insanlar sizin özünüzə inamınıza zərər vurar və hədəflərinizə çatmağınıza mane olarlar. Bu cür tənqid edən insanlara qarşılarındakı şəxsin inciyib, inciməməsi əhəmiyyətli deyil.

2. Sizi idarə etməyə çalışan insanlar.

Uzaq durmanız məsləhət olan ikinci insan tipi manipulyasiya edənlərdir. Adətən bu tip insanları müəyyən etmək çətin olur. Çətindir çünki, bu insanlar öz taktikalarında çox ustadırlar. Ümumilikdə sizinlə sizin yaxşılığınız naminə danışdıqlarını deyərlər. Özünüzü günahkar hiss etməyiniz üçün sizin üzərinizə məsuliyyət qoyarlar. Əgər siz duyğulu və emosinal birisinizsə bu onlar üçün daha da avantajlı olacaqdır. Bu cür insanlar daim sizi öz dərdləri ilə məşğul edərlər, diqqəti öz üzərlərində saxlayarlar.

3. Yalan söyləyənlər.

Hər  gün qarşımıza kiçik yalanlarla çıxarlar. Yalan söyləyən insanların qarşısındakı insana hörməti olmaz. Bəzən yalan söyləyənlər öz yalanlarının fərqində olmazlar. Bu tip insanları həyatınızdan çıxararkən özünüzü günahkar hiss etməyin.