Təvəkkülün həqiqəti


Digərləri 08 Sen 2018 22:45:00 272 0

Təvəkkülün həqiqəti

Təvəkkülün həqiqəti - Allaha etimad etmək və Onun əmrinə təslim olmaqdır. Bütün işlərində gərək qəlbən və əmələn Allaha etimad edəsən və Allahdan qeyrisindən əlini üzəsən.

Amma özündən nə asılıdırsa, gərək edəsən.

Nəql edirlər ki, bir ərəb kişi Həzrət Peyğəmbərdən (s) soruşur: "Dəvəmi boş buraxıb təvəkkül edim, yoxsa bağlayıb təvəkkül edim? Peyğəmbər (s) buyurur: "Bağla və təvəkkül et".

Bəs təvəkkül məqamına necə çatmaq olar?

1. Hər şeyin var olma səbəbinin Allah olduğunu qəbul edəsən. Biləsən ki, hər bir hadisə Onun əmri ilə baş verir. Hər varlıq, hətta ən xırda varlıqlar belə? Onun nemətindən faydalananlardır.

2. Allahın insanı necə zülmətdən xaric etdiyinə nəzər salsın. Son.az deyerler.org-a istinadən bildirir ki, istər ana bətnində olsun, istərsə də bu aləmə qədəm basandan sonra olsun. Allah Təala insana var olması üçün hər şeyi əta etmişdir.

Təvəkkülün faydaları:

1. İnsanın çətinlik qarşısında qərar vermək qüdrətini gücləndirər.

2. İnsan günahı tərk edər.