Qara çay sümük zəifləməsinin qarşısını alır


Digərləri 08 Sen 2018 22:20:00 211 0

Qara çay sümük zəifləməsinin qarşısını alır

Qara çayın tərkibində olan maddələr bağırsaq mikroflorasına yaxşı təsir göstərir, çəkinin azalmasına imkan yaradır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, çay qanda xolestronun səviyyəsini aşağı salır. Bununla ürək-damar sisteminin fəaliyyəti stabilləşir, orqanizmdə gedən mübadilə prosesləri tənzimlənir, qaraciyər piylənmədən qorunur. Lakin çayın həmin xüsusiyyətlərindən faydalanmaq üçün onu qəndsiz, şirniyyatsız və heç bir qatqı olmadan içmək lazımdır.

Yapon alimlərinin qara çay barədə verdiyi açıqlamalar da maraq doğurur. Onlar hər gün 20 stəkan çay içməyin sağlamlıq üçün böyük əhəmiyyət daşıdığını bildiriblər.