“İrəli”nin həyata keçirdiyi “SAY-Cümhuriyyət” layihəsi başladı


Digərləri 08 Sen 2018 22:24:00 230 0

“İrəli”nin həyata keçirdiyi “SAY-Cümhuriyyət” layihəsi başladı

Gənclər və İdman Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə SAY hərəkatının 7-ci fəaliyyəti olan“Azərbaycan Gənclərinə Dəstək- Könüllülər Düşərgəsi (SAY:Cümhuriyyət)” layihəsinin icrasına başlanılıb

Bakı. Tural Turan - Gənclər və İdman Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə SAY hərəkatının 7-ci fəaliyyəti olan“Azərbaycan Gənclərinə Dəstək- Könüllülər Düşərgəsi (SAY:Cümhuriyyət)” layihəsinin icrasına başlanılıb. Trend-in məlumatına görə, bu gün Lənkəran şəhərində layihənin açılış mərasimi baş tutub. Azərbaycan Respublikası dövlət himni səslənib və tədbir açıq elan edilib. Açılış mərasimində “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov çıxış edib könüllülük fəaliyyəti, gənclərə göstərilən dəstək, dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən danışaraq layihə iştirakçılarına uğurlar arzulayıblar. Çıxış edən “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov hər zaman dövlət gənclər siyasətini dəstəklədiklərini, Azərbaycanda könüllülük hərəkatının da gənclərimizin yüksək fəallıq nümayiş etdirdiyi sahələrdən olduğunu vurğulayıb. Sədr qeyd edib ki, beynəlxalq yarışlarda aparıcı qüvvə sayılan könüllü gənclərin əməyi də hər zaman xüsusi qiymətləndirilir. Regionlarda layihələrin keçirilməsini vacib sayan M. Seyidov çıxışında region gənclərinin fəallığının artırılması və diqqət mərkəzində oduqlarını nəzərə çatdırmaq üçün bu kimi layihələrin regionlarda keçirilməsinin önəmli olduğunu bildirib.