Eynşteynin məktubunun orijinalı tapıldı FOTO


Digərləri 08 Sen 2018 21:48:00 272 0

Eynşteynin məktubunun orijinalı tapıldı  FOTO

Albert Eynşteynin aşkar edilmiş məktubunun orijinalı Nyu-Yorkda, Leo Bek adına İnstitutda saxlanılır.

Son.az oxu.az-a istinadən bildirir ki, bu məktubu A.Eynşteyn 1932-ci ildə dostu, yəhudi əsilli iqtisadçı alim Yulius Hirşə 50 illik yubileyi münasibətilə yazıb.

Münxen Yəhudi İcmasının arxivində məktubun Nobel mükafatı laureatının şəxsən özü tərəfindən kopirka ilə çıxarılmış surəti aşkarlanıb.

Məktubun surəti 1961-ci ildə Y.Hirşin ölümündən sonra nekroloqu dərc edilən qəzet parçalarının arasında tapılıb. Məktubun Münxendə tapılan surəti, ehtimal ki, Eynşteyndə qalıbmış.


Xəbərə aid foto