Daha az xəstələnməyin əlacı budur


Digərləri 08 Sen 2018 20:50:00 284 0

Daha az xəstələnməyin əlacı budur

Amerika alimləri müəyyən ediblər ki, tənhalıqdan əziyyət çəkən insanlar adicə soyuqdəyməyə belə tab gətirmirlər. Rays universitetinin psixoloqları 159 nəfər üzərində araşdırma apardıqdan sonra bu nəticəyə gəliblər.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, adi soyuqdəyməyə tənhalıq çox güclü çəkildə təsir edə bilir. Könüllü olaraq bu təcrübədə iştirak edən 159 nəfərə soyuqdəymə virusu yoluxdurulub və onlar hamısı müxtəlif otellərə yerləşdirilib. Ümumilikdə 3 gün ərzində sağalan xəstələrin arasında  araşdırma apararkən məlum olub ki, oteldə qalarkən çoxlu əlaqələr saxlamağına baxmayaraq bəzi xəstələr özlərini tənha hiss ediblər. Məhz bu tənha insanlar daha gec sağalaraq cəmiyyətə qayıda biliblər.

Qeyd edək ki, hələ 2011-ci ildə Çikaqo universitetinin psixoloqları müəyyən emişdilər ki, tənha insanlar yuxusuzluqdan əziyyət çəkirlər. Qeyd edək ki, eyni hal həm gənclərdə, həm də yaşlılarda təsadüf edilmişdi.