Qubada evdən pul və qızıl əşyalar oğurlayan şəxs tutulub


Digərləri 08 Sen 2018 20:31:00 243 0

Qubada evdən pul və qızıl əşyalar oğurlayan şəxs tutulub

Quba rayon sakini olan bir qadın sentyabrın 1-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən pul və müxtəlif qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

Son.az Trend-ə istinadən bildirir ki, Quba RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Qalib Əlibəyov saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişə məxsus evə pəncərədən qanunsuz daxil olaraq oradan 400 manat və qızıl-zinət əşyaları oğurladığı məlum olub.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı qızıl-zinət əşyaları satdığı mağazadan maddi sübut kimi götürülüb. Faktla bağlı Quba RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.