"Niyə onu əvvəlki kimi sevmirəm?!"


Digərləri 08 Sen 2018 20:35:00 277 0

"Niyə onu əvvəlki kimi sevmirəm?!"

Vaxtilə dəlilər kimi aşiq olduğunuz insanı indi əvvəlki kimi sevmir və bu münasibəti artıq bitirmək istəyirsiniz. Bəs bu böyük sevginin bitməsinə nəyin səbəb olduğunu heç düşündünüzmü?

"Onsuz da mənimdir" düşüncəsi

İlk bir neçə ayı xoş keçirdikdən sonra bir çox cütlük "onsuz da mənimdir,mənə məxsusdur" kimi yanlış düşünməyə başlayar.

Və bu da tərəflərdən birinin "birlikdə olmağımızın artıq mənası qalmadı" deyənə kimi davam edər. Ancaq münasibətinizi bir körpə kimi düşün. Körpənizə bir neçə il baxıb sonra "onsuz da öz-özünə böyüyəcək" deyib bir kənara atarsınız?

Sevginizə sahib çıxın və hər mərhələsində onun üçün nələrsə etməyə çalışın. Bir-birinizlə maraqlanın, bir-biriniz üçün darıxın, fikrilərinizi paylaşın, problemləri böyüyüb həllolunmaz hala gətirmədən oturub müzakirə edin. Bir sözlə, hər ikiniz də çalışın.

İş bölgüsü etməmək

Əsəbisiniz, həm də çox... Sevdiyiniz adamla bir evdə yaşamağa başlayandan etibarən o, bütün ev işlərini (paltar yumaq, ev təmizləmək, qab yumaq və s. ) ancaq sizin görməli olduğunuzu düşünür, halbuki sizin də işiniz onunku qədər ağırdır. Evlənəndən sonra bir çox ailədə rollar artıq bölüşür və ev işləri də həmişəki kimiqadının üzərinə atılır. Ancaq bilməlisiniz ki, bunlar hər ikinizin də işidir.