Bakı Olimpiya Stadionunun meydançasına rəng vurulub? - açıqlama


İdman 08 Sen 2018 19:26:00 241 0

Bakı Olimpiya Stadionunun meydançasına rəng vurulub? - açıqlama

Bakı Olimpiya Stadionunun meydançalarına xidmət göstərən “AgroSport” şirkətinin baş aqronomu Yan Marton dünən UEFA Millətlər Liqasının Azərbaycan – Kosovo oyunundan (0:0) sonra rəqib komandanın kapitanı Samir Uykaninin ot örtüyünün vəziyyəti ilə bağlı səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.

Goal.az BOS-un mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis meydançaya rəng vurulması haqda söz-söhbətlərin həqiqəti əks etdirmədiyini söyləyib:

“Əvvəlcə bildirim ki, UEFA tərəfindən təşkil olunan bütün oyunlarla ayın əvvəlində UEFA ilə davamlı təmasda meydanın vəziyyətinə baxım və həftəlik hesabatlar bir sıra fotoşəkillərlə birlikdə göndərilib və UEFA nümayəndələri tərəfindən heç bir mənfi şərh almamışıq.

Dünənki oyun zamanı meydançaya rəng vurulması ilə bağlı xəbərləri gördüm. Təbii ki, bu məlumat reallığı əks etdirmir. Bilidyiniz kimi, BOS-un əsas meydançasında hibrid ot sistemi tədbiq olundu. Bu halda ümumiyyətlə heç bir rənglənmə prosesindən söhbət gedə bilməz. Meydançanın mərkəzində zəif bir sahə vardı (cüzi sarılıq), bunun əsas səbəbi – yay ayları zamanı güclü günəş şüalarıdır.

Stadionun içərisində temperatur daha sıx olduğuna, rütubətə görə əlavə avadanlıq quraşdırılıb (fenlər).

İyun ayında bizim üçün erkən başlayan yay mövsümündə stadionun içərisində temperatur göstəricisi 40 dərəcə səviyyəsində uzun müddət davam edirdi. Buna görə də meydançaya vurulan xüsusi sprey (ot xəstəliklərinə qarşı) yalnız müəyyər intervallarla mövcud olurdu”.