Qurbanlıq heyvanın qanını alına sürtmək dini cəhətdən icazəlidirmi?


Digərləri 08 Sen 2018 20:20:00 345 0

Qurbanlıq heyvanın qanını alına sürtmək dini cəhətdən icazəlidirmi?

Bu adət çox güman ki, İslamdan qabaqkı dövrdən qalıb. Bütpərəst və şaman əqidəsində olan qəbilələrdə ov və qurbanlıq (öz əqidələrinə uyğun) heyvanın qanını üzə və bədənə sürtmək ənənəsinin olduğunu görürük. İslam dinində nəinki belə bir adət-ənənə yoxdur, hətta bu hərəkət bəyənilmir.

Son.az islam.az-a istinadən bildirir ki, çünki, birincisi, bu hərəkətin mənası yoxdur, dinimiz isə mənasız əməllərə qarşıdır. İkincisi, qan (o cümlədən, qoyun və qoç qanı) şəriətimizdə nəcis (murdar) sayılır. Qan hara dəysə, oranı yuyub pak etmək lazımdır. Paltarda və bədəndə qan ləkəsi olduğu halda (bəzi üzürlü səbəbləri çıxmaqla) namaz qılmaq da olmaz. Ona görə də, bu kimi mənasız hərəkətləri tərk etmək və bunlara qarşı maarifləndirici işlər aparmaq lazımdır.