Sərvət və qüdrət – Allahın lütfü yox, imtahanı ola bilər


Digərləri 08 Sen 2018 20:10:00 252 0

Sərvət və qüdrət – Allahın lütfü yox, imtahanı ola bilər

"Yoxsa belə güman edirlər ki, onlara yardım etdiyimiz mal-dövlət və oğullarla onların xeyirə nail olmalarına tələsirik? (Xeyr,) əksinə, anlamırlar (ki, onların sınanmaları və bədbəxtlikdə daha da irəliləmələri üçün vasitələr hazırlayırıq)". ("Muminun" 55-56).

Həzrət Peyğəmbərin (s) zamanında yaşayan tayfalar belə hesab edirdilər ki, əgər Allah onlara sərvət və qüdrət veribdirsə, deməli Allah onları sevir. Ancaq bilmirdilər ki, bu imtahan vasitəsiləri onların küfr etməsinə səbəb olan əsil amillər idilər.

Son.az deyerler.org-a istinadən bildirir ki, ona görə də hər kim sərvət və çoxlu övlad əldə edər, hesab etməsin ki, bunlar Allahın ona verdiyi lütfdür. Bəlkə bu vasitələr imtahan vasitələridir ki, Allah onların axirətdəki əzabını məhz bu imtahan vasitəsi daha da şiddətləndirər.

Bu insanlar peyğəmbərlər (ə) tərəfindən haqqa tərəf dəvət olunsalar da, nəfsləri onları mal və dövlətə bağladığı üçün hidayəti qəbul edə bilmirdilər. Ona görə də üsyan edir və müxalifətlik göstərirdilər.

Tarix bu kimi insanların sonunu bizə göstərmiş və insanlara ibrət olsun deyə nəql etmişdir. Ancaq qafil insan cahiliyyət dövründə olduğu kimi, öz əcdadlarının təfəkkürünü bu günə qədər də davam etdirməkdədir.