Kim Koreyanı birləşdirmək istəyir


Dünya 08 Sen 2018 19:24:00 240 0

Kim Koreyanı birləşdirmək istəyir

Şimali Koreya lideri Kim Çen In yarımadanın şimal və cənub hissəsinin birləşməsini istəyir.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko deyib:

"Kim Çen In iki Koreyanın birləşməsi istiqamətində hərəkətə doğru meyillidir".

Qeyd edək ki, V. Matviyenko bu gün Pxenyanda Kim Çen Inla görüş keçirib.