Apteklərdə psixotrop dərmanlar satanlar yaxalandı VİDEO


Digərləri 08 Sen 2018 19:13:00 299 0

Apteklərdə psixotrop dərmanlar satanlar yaxalandı  VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinə Gəncə şəhərində fəaliyyət göstərən apteklərdə psixotrop dərmanların qanunsuz satışı barədə məlumat daxil olub. Baş İdarə və regional şöbənin əməkdaşları daxil olan məlumat əsasında hərəkətə keçiblər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Gəncə şəhər sakini Şəlalə Əliyevanın işlətdiyi, şəhərin Əziz Əliyev küçəsində fəaliyyət göstərən aptekə və onun bacısı Kəmalə Bağırovanın Nəriman Nərimanov prospektində icarə əsasında işlətdyi aptekə baxış keçirilib. Baxış zamanı onlara məxsus apteklərdən külli miqdarda, satışı qadağan olunmuş, eyni zamanda istifadə müddəti bitmiş və satışı xüsusi lisenziya tələb edən psixotorp dərmanlar aşkarlanaraq götürülüb.

Apteklərdən götürülən dərman preparatları ekspertizaya təqdim olunub. Şəlalə Əliyeva və bacısı Kəmalə Bağırova şübhəli şəxs qismində saxlanılıblar.