Azərbaycanda qeyriadi toy karvanı VİDEO


Digərləri 08 Sen 2018 19:16:00 220 0

Azərbaycanda qeyriadi toy karvanı  VİDEO

Masallı sakini övladının kiçik toyunu maraqlı keçirməkdən ötrü qeyri-adi üsula əl atıb. 15-il traktor sürücüsü olan ata övladı üçün təşkil olunan toy məclisinə bahalı maşın karvanı ilə deyil, 14 traktorla gəlib. Traktorların iştirak etdiyi toy karvanı maraga səbəb olub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Masallı rayonu Şərəfə kənd sakini Elvin Nəbiyev 15 ildir ki, traktor sürücüsü işləyir. Bu illər ərzində Elvin Nəbiyevin arzusu olub ki, oğlu dünyaya gələrsə onun kiçik toyunda məhz traktorunu bəzədərək övladını həmin traktorla şadlıq sarayına aparsın. Ata bu arzusunu həyata keçirə bilib. Belə ki, oğlu Elton Nəbiyev üçün təşkil etdiyi toy mərasiminə getmək üçün özünün idarə etdiyi traktoru bəzəyib. Ancaq onun dostları da traktor sürücüsü olduğundan bu toy karvanına özlərinin idarə etdikləri traktorlarla gəlməyə qərar veriblər.

Övladının bu xoş günü üçün belə bir maraqlı ideya fikirləşən ata traktorların rəngbərəng şarlarla bəzədilməsinin kənddə maraqla qarşılandığını görərək toy karvanında olan texnikaları rayonun mərkəzinə sürdürüb. İlk dəfə rayon mərkəzində 14 traktorla toy karvanı maraqlı görünütlərə səbəb olub.

Atasının dostları tərəfindən edilən sürpriz 6 yaşlı Elton Nəbiyevin də çox xoşuna gəlib.