Heyvanların ruhunu da Əzrayil alır?


Digərləri 08 Sen 2018 19:10:00 254 0

Heyvanların ruhunu da Əzrayil alır?

Heyvanların ruhunu kim alır?

Bu mövzu o mövzulardandır ki, hələ də dəqiq cavablana bilməmişdir. Bəzi hədislərdən bu nəticəyə gəlmək olur ki, necə ki, insanların ruhunu Əzrayil (ə) alar, heyvanların ruhunu almaq da ona tapşırılmışdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu mövzu ilə bağlı iki nəzər vardır:

1. Heyvanların ruhu Əzrayil (ə) tərəfindən alınar.

2. Məmur edilmiş başqa dörd mələk bu işlə məşğuldurlar.

Əllamə Məclisi bu haqda buyurur: "Hədislərimiz içində bu iki nəzəri isbat edən heç bir dəlilə rast gəlinməmişdir. Ona görə də bu haqda nəzər verən zaman ehtiyata riayət etmək lazımdır".