“Atıb başımın altına yavaşyavaş çəkirdim” Bağını narkotik sahəsinə çevirən şəxs DANIŞDI VİDEO FOTO


Kriminal 08 Sen 2018 18:04:00 377 0

“Atıb başımın altına yavaşyavaş çəkirdim”  Bağını narkotik sahəsinə çevirən şəxs DANIŞDI  VİDEO  FOTO

Həyətyanı sahəsindən külli miqdarda çətənəkolu aşkarlandı.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rayonun Karrar kənd sakini Raqib Xankişiyev saxlanılıb. Əməliyyat zamanı Xankişiyevin yaşadığı kəndin ərazisindəki boş torpaq sahəsində kolluq ərazidə qanunsuz olaraq kultivasiya etdiyi çətənə kolları açkarlanıb. Hündülüyü 1,5 metr olan 36 ədəd yaş halda çətənə bitkisi, eləcə də 64 ədəd çətənə bitkisinin qurumuş gövdəsi, bundan əlavə oradakı bitkilərdən əldə olunan və ümumi çəkisi 2,2 kq olan qurudulmuş mariuxana aşkar edilərək götürülüb. Raqib Xankişiyev - Saxlanılan şəxs: "Bu il əkmişdim, tutdular. Çəkmək üçün əkmişdim. Atıb başımın altına yavaş-yavaş çəkirdim. Peşmanam". Faktla bağlı araşdırma davam etdirilir.


Xəbərə aid fotolar