Azərbaycan idmançısı qrepplinq üzrə dünya çempionu olub


İdman 08 Sen 2018 18:00:00 254 0

Azərbaycan idmançısı qrepplinq üzrə dünya çempionu olub

Azərbaycan idmançısı Ceyhun Quluzadə Qazaxıstanın paytaxtı Astanada qrepplinq üzrə dünya çempionatının qalibi olub.

Goal.az xəbər verir ki, Quluzadə 40-44 yaşlı veteranların 100 kq çəki dərəcəsində qrup yarışında birinci yeri tutub. O, qazaxıstanlı Renat Vəliəhmədov və rusiyalı Roman Denisovu məğlub edərək qızıl medala sahib çıxıb.

Vəliəhmədovla Denisovun döyüşündə isə qalib Rusiya idmançısı qalib olub.

Qeyd edək ki, qrepplinq özündə güləş elementlərin birləşdirən qarışıq idman növüdür.