AzərbaycanABŞ iqtisadi əlaqələri müzakirə edildi


Digərləri 08 Sen 2018 17:40:00 231 0

AzərbaycanABŞ iqtisadi əlaqələri müzakirə edildi

İqtisadiyyat naziri Şahin Mustafayev ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfiterslə görüşüb.

İqtisadiyyat Nazirliyindən Son.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin mövcud vəziyyətinə, o cümlədən ABŞ-la kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, ABŞ şirkətlərinin sənaye parklarına investisiya qoyuluşu imkanları, iqtisadi sahədə əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Şahin Mustafayev Azərbaycan və ABŞ arasında əlaqələrin uğurla inkişaf etdiyini, iqtisadi, enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı, təhlükəsizlik, terrorizmlə mübarizə və s. sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb, ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.

Qeyd olunub ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün lazımi hüquqi baza mövcuddur.

Hazırda Azərbaycanda sənaye, tikinti, rabitə, bank və s. sahələrdə 240 ABŞ şirkəti fəaliyyət göstərir. ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2018-ci ilin yanvar-iyun aylarında ölkələrmiz arasında ticarət dövriyyəsi 476,1 milyon dollar təşkil eib. İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 mlrd. dollardan çox investisiya qoyulub ki, bunun da 1 mlrd. dollardan çoxu qeyri-neft sektoruna yönəldilib. 1994-cü ildə imzalanmış "Əsrin Müqaviləsi"nin siyasi-iqtisadi əhəmiyyətini bir daha vurğulayan iqtisadiyyat naziri hazırda Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi layihələrinin qlobal enerji təhlükəsizliyndə önəmini diqqətə çatdırıb, ölkəmizin geniş tranzit imkanları barədə məlumat verib. Bildirilib ki, ABŞ-ın ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ölkəmizdə bir sıra layihələrin icrasına 350 mln. dollar vəsait ayırıb. Amerika Ticarət Palatası ilə uğurlu əməkdaşlıq çərçivəsidə iki ölkənin iş adamları arasında keçirilən görüşlər iqtisadi sahədə ikitərəfli əlaqələrin inkişafına töhfə verir.