Süni intellekt zəlzələnin yerini proqnozlaşdıra bilər


Digərləri 08 Sen 2018 17:10:42 253 0

Süni intellekt zəlzələnin yerini proqnozlaşdıra bilər

Maraqlı ixtira olub.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, "Google" şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış süni intellekt zəlzələdən sonra baş verə biləcək təkrar seysmik təkanları proqnozlaşdıra bilər.

Güclü zəlzələdən sonra bir neçə həftə və ya ay ərzində zədələnmiş ərazidə tez-tez təkrar təkanlar qeydə alınır ki, bu da daha böyük dağıntılara səbəb ola və bərpa işlərini çətinləşdirə bilər. Alimlər tərəfindən zəlzələdən sonrakı təkanların yerini proqnozlaşdırmaq üçün istifadə edilən metodların səmərəliliyi hələ ki, çox azdır.