Prezident İlham Əliyev Zərdabda avtomobil yolunun tikintisinə 1,32 milyon manat ayırıb


Digərləri 08 Sen 2018 17:16:00 217 0

Prezident İlham Əliyev Zərdabda avtomobil yolunun tikintisinə 1,32 milyon manat ayırıb

Prezident İlham Əliyev sentyabrın 8-də “Zərdab rayonunun Zərdab–Qaravəlli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev sentyabrın 8-də “Zərdab rayonunun Zərdab–Qaravəlli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Zərdab–Qaravəlli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 1,32 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin