Ölkəyə qanunsuz yolla üzük, sırğa, boyunbağlı keçirmək istədilər FOTO


Digərləri 08 Sen 2018 17:06:00 251 0

Ölkəyə qanunsuz yolla üzük, sırğa, boyunbağlı keçirmək istədilər  FOTO

Gömrükçülər külli miqdarda zərgərlik məmulatlarının gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

DGK-dan Son.az-a verilən məlumata görə, "Yalama" gömrük postunda Bakı-Moskva qatarının sərnişini olan Azərbaycan Respublikasının vətəndaşına məxsus əl yüklərinə gömrük baxışı keçirilib. Baxış zamanı, əl çantasındakı iki ədəd bağlamanın içərisində gömrük nəzarətinə bəyan edilməyən 505 qram gümüş zərgərlik məmulatları - 111 ədəd üzük, 102 cüt sırğa, 41 ədəd boyunbağı, 38 ədəd qolbaq və 54 ədəd kulon aşkar olunub.

Bundan başqa, digər paketin içərisindəki bağlamada isə gömrük nəzarətindən gizlədilmiş 141 qram qızıl zərgərlik məmulatları - 3 ədəd qolbaq, 1 ədəd boyunbağı, 2 ədəd üzük-sırğa dəsti və 1 ədəd kulon aşkar edilib.


Xəbərə aid fotolar