Turist avtobusu dərəyə aşdı:


Dünya 08 Sen 2018 16:02:24 211 0

Turist avtobusu dərəyə aşdı:

İndoneziyada ağır yol qəzası baş verib. 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə Qərbi Yava əyalətinin Skabumi şəhərində qeydə alınıb. 

Belə ki, turistləri daşıyan avtobusun 30 metr dərinliyindəki dərəyə aşması nəticəsində azı 17 nəfər ölüb, onlarla insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.