A seriyası klubu Fabreqasla maraqlanır


İdman 08 Sen 2018 16:00:00 345 0

A seriyası klubu Fabreqasla maraqlanır

Milan Chelsea-nin futbolçusu Sesk Fabreqası heyətinə cəlb etmək niyyətindədir. 

Goal.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, İtaliya təmsilçisi 31 yaşlı ispan yarımmüdafiəçi üçün yanvar ayında klubuna təklif göndərməyə hazırlaşır. 

Fabreqasın müqaviləsi 2019-cü ilin yayında başa çatacaq və o, qış transfer pəncərəsində klublarla danışıqlara başlaya bilər. 

Qeyd edək ki, Chelsea-nin yeni baş məşqçisi Mauritsio Sarri bu mövsüm Sesk Fabreqasa İngiltərə Premyer Liqası matçlarında şans verməyib.